Azərbaycan çempionatının oyununda dava düşdü

Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah”-2 oyununda dava düşüb.

Newsport.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində ara qarışıb. 

Belə ki, “Sabah”-2-nin futbolçusu Mixeil Erqemlidze MOİK-in futbolçusu Rüstəm Rüstəmovu vurub. 

Nəticədə qarşılaşmanın hakimi Rəvan Həmzəzadə Mixeil Erqemlidzeyə qırmızı vərəqə göstərib. 

Lakin ara bununla sakitləşməyib. “Sabah”-2-nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər. 

Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right