Vadji Norveç klubuna keçir?

Norveçin "Valerenqa" klubunun "Qarabağ"ın futbolçusu İbrahima Vadjini transfer etmək istədiyi barədə xəbərlər yayılıb.

Newsport.az xəbər verir ki, Norveç mətbuatı Oslo təmsilçisinin hücum xəttini seneqallı oyunçu ilə möhkəmləndirmək istədiyini yazıb.

Ancaq "Valerenqa"nın idman direktoru Yorgen İngebriqtsen "TV-2"yə müsahibəsində bu xəbərləri təkzib edib: "Vadji ilə ötən yay maraqlanmışdıq. Amma hazırda onunla maraqlanmırıq".

Qeyd edək ki, İ. Vadji ötən ilin avqustunda Norveçin "Haugesund" klubundan "Qarabağ"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right