Azərbaycan millisi FİFA reytinqində 8 pillə gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb.

Newsport.az xəbər verir ki, 2022-ci ildə ikinci dəfə açıqlanan cədvəldə bir çox dəyişikliklər baş verib. Buna DÇ-2022-nin müxtəlif konfederasiyalar üzrə seçmə oyunları, həmçinin, çoxsaylı yoxlama oyunları səbəb olub. Bu dəyişikliklər Azərbaycan millisindən də yan keçməyib.

Hesabat dövründə Malta və Latviyaya yoxlama matçlarında məğlub olan Canni De Byazinin yetirmələri növbəti dəfə geriləyib. Belə ki, Azərbaycan millisi FİFA-nın reytinqində 8 pillə geriləyib. Yığma komanda 1126 xalla 129-cu sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right