Baş məşqçi: "Slovakiya, Belarus və Azərbaycan güclü komandalardı"

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Qazaxıstanın baş məşqçisi Andrey Karpoviç açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis balanslı qrupda olduqlarını bildirib:

 

"Kifayət qədər balanslı qrupdur. Slovakiya, Belarus və Azərbaycan güclü komandalardır. Ancaq təvazökar olmağa gərək yoxdur. Qarşımıza ciddi vəzifələr qoymalıyıq.Əks halda niyə oynayırıq? Bu, təkəbbür deyil. Sadəcə hədəflərimizi yüksək seçməliyik".

 

Qeyd edək ki, C Liqasının üçüncü qrupunda Azərbaycan, Belarus, Slovakiya və Qazaxıstan milli komandaları yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right