"Qarabağ" qarşıdakı turda avrokuboklara vəsiqəni təmin edə bilər

"Qarabağ" Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarından sonra avrokuboklara vəsiqəni təmin edə bilər.

Newsport.az məlumatına görə, bunun üçün hazırda 20 oyundan 46 xalla turnir cədvəlinə başçılıq edən "köhlən atlar" "Səbail"lə ev matçında qələbə qazanıb, "Sabah"ın "Sumqayıt"la səfər görüşündə xal itirməsini gözləməlidir.

26 xalla 5-ci pillədə qərarlaşan paytaxt klubu "gənclik şəhəri" təmsilçisinə uduzsa, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivi heç-heçə də qane edəcək. Çünki "Sabah" son 7 turda bütün görüşlərini qələbə ilə başa vuraraq, "Qarabağ"la xallarını bərabərləşdirəcəyi halda belə, şəxsi oyunlardakı göstəricilərə (hər 3 dövrədə məğlubiyyət) görə Ağdam klubunu keçə bilməyəcək.

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right