Ukraynalı futbolçu “Sabah”la müqavilə bağladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə bağlanıb.

“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.

Aleksey, həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right