"Qarabağ"ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Newsport.az-in məlumatına görə, bunlar "Qarabağ"dan dəvət almış müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir.

Hüseynov ayaq əzələsindəki problemlər üzündən "23-lük"dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoldaşlıq görüşündən fərqli olaraq, Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, Ta Qalib Milli Stadionunda keçiriləcək Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right