Namik Ələskərovun durumuna aydınlıq gəlib

Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun durumuna aydınlıq gəlib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə AFFA-dan "timsahlar"a məlumat verilib.

Malta yığması ilə yoldaşlıq oyununu zədə səbəbindən buraxan 27 yaşlı yarımmüdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilib. Ələskərov Latviya ilə görüşün iştirak ərizəsində yer alacaq.

Qeyd edək ki, martın 29-da Maltada keçiriləcək Azərbaycan - Latviya qarşılaşması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right