“Qəbələ” – “Zirə” matçının yeri və vaxtı dəyişdirildi

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyununda qüvvəsini sınayacaq.

Newsport.az-ın məlumatına görə, məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirən “qırmızı-qaralar” “Zirə” ilə görüşəcək.

Oyun sabah – martın 27-də baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq.

Xatırladaq ki, daha öncə bu matçın martın 27-də Zirə İdman Kompleksində keçiriləcəyi və saat 17:00-da başlayacağı açıqlanmışdı.

“Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq. “Zirə” isə həmin gün “Neftçi”nin qonağı olacaq. “Zirə” hazırda Premyer Liqada 35 xalla 3-cü, “Qəbələ” isə 33 xalla 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right