Canni De Byazi: "Hər şey istədiyimiz kimi alınmadı"

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin Maltaya qarşı keçirilən oyundan sonra mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, italyan mütəxəssis 0:1 hesabıyla uduzduqları matçı belə şərh edib:

“Çox narazıyam. Daha çox şey gözləyirdim. İstədiyimiz oyunu göstərə bilmədik. Futbolçulardan daha artığını gözləyirdim. Nəticə qazanmaq üçün bundan yaxşı oyun göstərməli idilər. Bəzi oyunçular bir neçə məşq keçib. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi vacib olan futbolçulardan daha çox şey gözləyirəm. Ən azından meydanda vuruşurduq. Bugünkü rəqib bizlə eyni səviyyədədir. Bu görüşdə daha istəkli olmalı idik.

Qapıçıdan razı qaldım. Digərlərindən qeyri-adi heç nə görmədik. Udmaq üçün meydanda daha yaxşı, daha cəld olmalıyıq. Hamımız ümid etməli, yığmadan yaxşı şeylər gözləməliyik. Belə qarşılaşmalar bizim uçsun yaxşı dərs olmalıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right