"Layiqli və haqq etdiyimiz qələbəni qazandıq" - Milan Obradoviç

"Gec də olsa hamını Novruz bayramı münasibətilə təbrik edirəm. Bugünkü dəstəklərinə görə sumqayıtlı azarkeşlərə təşəkkürümü bildirirəm. Onlar bizi çox gözəl dəstəklədilər və lazımi enerjini verdilər. Futbolçulara da təşəkkür edirəm. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtda “Kapital Bank Arena”da Estoniyaya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibin oyunları izləyib, analiz etmişdik. Estoniyadan bu oyunu gözləyirdik. Bilirdik ki, uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verir. Səbr etməli, öz fürsətlərimizi gözləməli və qol vurmalı idik. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bu cür futbol oynayan komandalarla oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik" - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right