Azərbaycan millisinə Türkiyədən 9 futbolçu çağırıldı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində 6-12 mart tarixlərində Şimali İrlandiyada keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq milli komanda 1-ci qrupda Şimali İrlandiya, Farer adaları və Malta yığmaları ilə qarşılaşacaq. Milli komanda seçmə mərhələyə hazırlıq məqsədi ilə martın 31-dən aprelin 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Newsport.az heyətə dəvət olunmuş futbolçuların siyahısını və millinin oyunlarının təqvimini diqqətinizə çatdırır:

6 aprel. Saat 17:00

Farer adaları – Azərbaycan

İnver Park. Larne

9 aprel. Saat 17:00

Azərbaycan – Malta

İnver Park. Larne

12 aprel. Saat 17:00

Azərbaycan – Şimali İrlandiya

İnver Park. Larne

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

1 Güleryüz Göknur Trabzonspor (Türkiyə)
2 Feyzullayeva Aytac Nuxa
3 Rəhimova Milana 8 – iOEUGiM
4 Nəhmədova Alina Kayserispor (Türkiyə)
5 Cəfərova Fidan Nuxa
6 Səfərəliyeva Pərvin 8 – iOEUGiM
7 Muradova  Aysun Kayserispor (Türkiyə)
8 Aşırova Samirə Xırdalan City
9 Əlizadə Lamiyə Kayserispor (Türkiyə)
10 Bir Irem Adana İdmanyurduspor (Türkiyə)
11 Əhmədli Fatimə 8 – iOEUGiM
12 Senses Fatma Nur Gaziantep Asya Spor (Türkiyə)
13 Arzik Sema Nur Hatayspor (Türkiyə)
14 Tarverdizadə Nurçin Xırdalan City
15 Ağayeva Leyla Gömrükçü
16 Bozkurt Tuğba Nur Beykent SK (Türkiyə)
17 Kocabey Buse Nur Antalyaspor (Türkiyə)
18 Zamanlı Züleyxa Gömrükçü
19 Maria Zerioul Nisrine Vfl Bohum 2 (Almaniya)
20 Məmmədova Nahidə Nuxa

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right