“Neftçi” – “Zirə” matçının vaxtı açıqlandı

Premyer Liqada 21-ci turun oyun cədvəli məlum olub.

Newsport.az-ın məlumatına görə, növbəti turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

8-ci km stadionunda planlaşdırılan renovasiya işlərini əsas gətirən “Neftçi” “Zirə”yə qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Zirə”nin razılıq məktubunu rəhbər tutan PFL “Neftçi” və “Zirə” komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Azərbaycan Premyer Liqası, 21-ci tur

2 aprel

Qarabağ – Səbail
“Azersun Arena”, 16:00.

Sumqayıt – Sabah
“Sumqayıt Arena”, 18:15.

3 aprel

Qəbələ – Keşlə
Qəbələ şəhər stadionu, 15:00.

Neftçi – Zirə
Bakı. 8-ci km stadionu, 17:15.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right