Malta millisinin baş məşqçisi: "Bizi Azərbaycan millisi ilə müqayisə etmək olmaz"

Malta millisinin baş məşqçisi Devis Manca sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşündən öncə mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, millimizlə oynanılacaq görüş haqda bunları deyib:

"Qarşıdakı oyunlar yeni bir şeylər sınaqdan keçirmək, müxtəlif oyunçulara şans verib, onlar haqda daha da çox məlumat toplamaq üçün yaxşı imkandı. Bizi Azərbaycan millisi ilə müqayisə etmək olmaz. Azərbaycan millisinin həm oyunçuları çoxdu, həm də beynəlxalq təcrübələri yüksəkdi. Çempionatda 20 matçın ardından futbolçularımızın daha yaxşı fiziki durumda olacaqlarını gözləyirdim. Həmçinin Keynt Attard zədələndiyinə görə sabahkı oyunu buraxacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right