Emil Balayev milli komandaya buna görə cəlb edilməyib

"Turan"ın qapıçısı Emil Balayevin Azərbaycan millisinin toplanışına dəvət edilməməsinin səbəbi məlum olub. 

Newsport.az saytının məlumatına görə, 28 yaşlı qolkiper ötən həftə Qazaxıstan klubunun məşqində belindən zədə alıb.

O, Bakıya qayıdaraq zədəsini sağaltmağa başlayıb.

Həftəsonuna qədər Emilin Qazaxıstana qayıdaraq komandasının məşqlərinə qoşulacağı ehtimal edilir.

Qolkiper hələ ki, Türküstan klubunda debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right