Reytinq: Azərbaycan Premyer Liqası ilk 3-lükdə

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 futbol çempionatının siyahısını açıqlayıb.

Newsport.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası 1 069 günlük göstərici ilə üçüncü pillədə qərarlaşıb. Premyer Liqa UEFA sıralamasında da eyni mövqedə yer alıb.

Birinci pillədə Şimali İrlandiya Premyer Liqası (1 563 gün), ikinci sırada isə Uels Premyer Liqası (1 348) yer alır.

Baş məşqçilərin istefasının ən çox gerçəkləşdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə Super Liqası 217 günlə dünya reytinqində 80-ci, Avropada isə 46-cı yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right