Türkiyədə oynayan azərbaycanlı: "Demək ki, Canni De Byazi məni bəyənmir"

Türkiyənin 1-ci divizionunda yarışan “Keçiörengücü” forması geyinən Vüsal İsgəndərli milli komandanın bu dəfəki toplanışına da dəvət edilməyib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Canni De Byazinin onu növbəti dəfə yığmaya dəvət etməməsinə bu cür münasibət bildirib: “Bu haqda nə deyim? Demək ki, milli komandaya hələ layiq deyiləm. Problem yoxdu. Bəli, demək ki, həqiqətən Canni De Byazi məni bəyənmir. Başqa nə deyim? Milliyə dəvət olunacağıma inamım hər zaman var. Sadəcə indi belə məsləhət görürlər. MMən də onun bu qərarına hörmətlə yanaşıram”.

​İsgəndərli bu mövsüm Türkiyə 1-ci liqasında 23 oyuna 4 qol vurub.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right