De Byazi millimizə 24 futbolçu çağırdı

Azərbaycan millisinin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.

Qapıçılar: Mehti Cənnətov ("Zirə"), Nicat Mehbalıyev ("Qəbələ"), Səlahət Ağayev ("Sabah")

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov (Hamısı "Qarabağ"), Azər Salahlı ("Neftçi"), Təmkin Xəlilzadə ("Zirə"), Amin Seydiyev ("Sabah"), Höccət Haqverdi ("Sumqayıt")

Yarımmüdafiəçilər: Riçard Almeyda, Qara Qarayev, Filip Ozobiç (Hamısı “Qarabağ”), Coşqun Diniyev (“Zirə”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Aleksey İsayev (“Sabah”), Dmitri Nazarov  ("Ertsgebirge, Almaniya), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), 

Hücumçular: Renat Dadaşov (“Tondela”, Portuqaliya), Ramil Şeydayev (“Qarabağ”), Ağabala Ramazanov (“Zirə”) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right