Malta - Azərbaycan oyununda ispaniyalı hakimlər

Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakim təyinatları bəlli olub.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Alexandro Ernandes matçın baş hakimi olacaq. Ona yan xətdə Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto icra edəcək.

Qeyd edək ki, martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right