Rəşad Sadıqov: "Penaltidən sonra oyunun nəticəsi bəlli idi"

Premyer Liqanın 20-ci turunun “Zirə” – “Qarabağ” matçından sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, "Zirə"nin baş məşqçisi görüşlə bağlı danışıb:

"7 oyun idi ki, uğurlu seriyamız var idi. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. “Neftçi” və “Qarabağ” kimi komandalarla matçlarda daha müdafiəyəmeyilli oynamağa çalışırsan. Amma həmin heyətlə öz oyunumuzu oynamağa çalışdıq. İlk hissəni uğursuz keçirdik. Rəqibə qol vurmaq imkanı verdik. Halbuki uzun müddətdir ki, “Qarabağ” həmin kombinasiyanı yerinə yetirir. Ruhdan düşmürdük. Penaltidən sonra oyunun nəticəsi bəlli idi. Uşaqlar mübarizə aparırdılar. Amma “Qarabağ”la matçda 0:2 hesabı ilə geridəsənsə, ondan sonra oyunu dəyişmək çox çətin olur. “Qarabağ” elə ondan sonra daha rahat oynamağa başladı. Oyunu çevirmək mümkün deyildi. Nəticədə 0:3 hesabı ilə uduzduq. Uğurlu qrafikə görə komandaya təşəkkür edirəm. Hər oyunda da qalib gəlmək mümkün olmur. Gərək şanslı da olasan həmin gün. Qış fasiləsindən sonra ən yaxşı “Qarabağ”ı gördük. Beynəlxalq oyunlarını nəzərə almasaq. “Qarabağ” böyük istəklə oynayırdılar. İlk dəqiqədən 90-cı dəqiqəyə kimi eyni davam etdilər. Belə olan halda daha ciddi müqavimət göstərməlisən. Təəssüflər olsunki, bunu bacarmadıq.

- Penaltini dönüş anı saymaq olar?
- “Qarabağ” ora qədər də böyük üstünlüklə oynayırdı. 0:2 çətin nəticə idi. Oyunu dəyişmək çətin idi. Penaltiyə gəldikdə, bu penaltidirsə, “Qəbələ”dəki nə idi? Kadinin qolu ofsayd deyil? Niyə Təmkinin qolu ofsayd idi? Eyni briqada idi də. Hakimlikdən hər turdan sonra danışa bilərik. Amma danışıb, rəqibin uğuruna kölgə salmaq istəmirəm. Üçüncü qol Təmkinin epizodu ilə oxşar idi. Əgər bu penaltidisə, “Qəbələ”dəki 86-cı dəqiqədəki nə idi? Daim bu cür vəziyyətlə üzləşirik.

- Neçənci yeri tutmaq şansınız var?
- Proqnoz vermək çox çətindi. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmağımız real görünmür. Mövsümün əvvəlindəki hakim səhvləri olmasaydı, xal fərqimiz daha az ola bilərdi. Çempionatda onlarla çempionluq mübarizəsi aparacaq yeganə kollektiv “Neftçi”di. 2-3-cü yer və ya avrokuboklar üçün mübarizə aparırıq. Çətin oyunlar üst-üstə oldu. Hamı bir-birilə oynayır. Çalışacağıq ki, qarşıdakı oyunlardan maksimum xallarla ayrılaq.

- 0:3-dən sonra heyətdə dəyişiklik etdiniz. Maraqlıdı ki, hücumu yox, müdafiəni gücləndirdiniz...
- Elə oyun olur ki, hesabda 0:2 geridəsən və gedişat göstərir ki, oyunu dəyişə bilərsən. Amma elə oyun da olur ki, 0:4-ə doğru gedirsən və komandanı növbəti oyunlar üçün toparlamaq çətin olur. Qismət Əliyevin qırmızı vərəqə almasını istəmədim. Həm də baş verən insidentə görə ona əsəbləşdim. Hücumda da nəsə alınmırdı. Hər hansı dəyişiklik edib, gedişatı dəyişmək çətin idi. 0:2-dən sonra oyun bitmişdi. 

- Mükafatçılar sırasına düşmək istəyirsiniz, yoxsa avrokuboklara vəsiqə qazanmaq kifayət edər?
- Özüm üçün hədəf avrokuboklara düşməkdi. Hamı bunu istəyir. Kim istəməz ki, çempion olsun? “Qəbələ”nin, “Sabah”ın performansını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq da uğur sayıla bilər. 

- Əsas heyət oyunçuları Coşqun Diniyev və Cəlal Hüseynov sonradan meydana daxil oldu....
- Coşqun Diniyev üzrlü səbəblərdən məşqlərdə iştirak edə bilməmişdi. Cəlal da neçə tur idi ki, əsas heyətdə oynayırdı. Rəqibin gücünü, hücum xəttini nəzərə alıb, daha təcrübəli müdafiəçilərə üstünlük verdik. Əslində, dünənə qədər heyəti dəqiqləşdirməmişdim. Sonda belə qərar verdim. Bunun hər hansı problem yaratdığını düşünmürəm. “Qarabağ” qələbəyə layiq idi. İkinci qolu buraxmasaydıq, bəlkə hər hansı şansımız yarana bilərdi.

- Milliyə oyunçular dəvət edilməsi hazırlığınıza necə təsir edəcək?
- Millinin siyahısı bəlli deyil. Bir tərəfdən istəyirsən, milli üzvləri çox olsun, digər tərəfdən bu, problem yaradır. Çünki kollektiv şəkildə oyunlara hazırlaşmaq istəyirsən. Amma nə qədər çox oyunçu çağırsalar, sevinəcəyik.

- Cəlal Hüseynovun “Benfika” məsələsi nə yerdə qaldı?
- Yayda ehtimal var idi. Əslində, ötən il qışda 2 həftəlik baxışa dəvət etmişdilər. Müqavilə də göndərmişdilər. Amma pandemiyaya görə gedə bilmədi. Yayda yenidən ehtimal yaranadı. Dedilər ki, izləyəcəyik və nəzarətimizdə olacaq. Ondan sonra xəbər yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right