Qurban Qurbanov: "Buna görə narahatam"

Premyer Liqanın 20-ci turunun “Zirə” – “Qarabağ” matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çıxış edib.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın çalışdırıcısı görüşlə bağlı danışıb:

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər, çox vacib qələbə qazandıq. Bəlkə də üstünlüyümüz onda idi ki, “Zirə”nin üstünlüyündən istifadə etdik. Onlar ağır şəraitdə oynamışdı “Qəbələ”yə qarşı. 4 gün içində Rəşad üçün çətin olardə komandanı istədiyi kimi hazırlasın. Hər iki komandaya uğurlar arzu edirəm.

- “Qarabağ” çempionatın aşkar favoritidi. Qalan turlarda komandanı oyunlara kökləmək nə dərəcədə çətin olacaq?
- Ən narahat olduğum nüanslardan biri də budu. Ki, komandada arxayınçılıq olsun. Bunu aradan qaldırmaq üçün futbolçularla dəfələrlə danışırıq. Xal itirməkdən yox, futbolçuların inamından narahat oluram. Hər hansı məğlubiyyət komandaya inamsızlıq verib. Belə olanda da öz oyunumuzdan uzaqlaşırıq. Bu, məni narahat edir. Futbolçularım get-gedə daha da peşəkarlaşırlar. Amma bu il boyu komandanı eyni səviyyədə saxlamaq çətindi. Hansısa dövr olur, müəyyən müddət komanda öz oyunundan uzaqlaşır. Bunu normal qarşılayırıq. Bu yöndə işlər aparırıq, danışırıq futbolçularla. Əgər mənim dediyim kimi peşəkarlığı yaxşılaşırsa, bu, bizə mane olmalı deyil.

- “Qarabağ” ən yaxın izləyicilərdən öndə olması futbolçularda rahatçılıq yaradacaq?
- İnanın ki, ilin sonuna kimi bəlkə də məni ən çox narahat exdən məqamdı. Bu gün oturub siyahı tuturam, baxıram ki, 5 legionerlər qalacaq. Bu məni narahat edir. Komanda oyundan-oyuna müəyyən səviyyəyə gəlib çıxıb. Futbolçuların millilərə getməsi klub olaraq sevindiricidi. Digər tərəfdən də zərbədi. Ki, futbolçular başqa tələbələrə gedirlər. Yəni buradakı idman formalarından uzaqlaşırlar. Buna görə böyük narahatçılığım var. Bugünkü gündə hamını dəvət ediblər. Yerli futbolçu qalmayıb, 5 legionerlə qalmışam. Amma bir yolun tapacağıq. Yanvardan bu yana olan keyfiyyəti itirə bilərik.

- Rüstəm Əhməzadənin hazırlıq durumu nə yerdədi? Ona nə mane olur?
- Rüstəmdə problemlər var idi. Hazırlığa başlayanda COVİD-ə yoluxdu. Ən ağır keçirənlərdən oldu. Onun idman formasından razı deyiləm. İdman formasından uzaqdı. Özünə gəlməyə başladı, zədələndi. Bir həftə məşqdən kənarda qaldı. O, böyük potensiala malikdi. Sadəcə onun yaxşı məşq proqramına ehtiyacı var. Əlbəttə ki, oyunçlara da həmçinin. Ukraynada olan olaylar...İndi-indi özünə gəlməyə başlayır. Çox pis idi əvvəlki günlərdə. Ona görə də onu çox da narahat etmirdik. Son günlərdə özünə gəlib.

- “Qarabağ” ona ailəsini bura gətirməyi təklif edib?
- Özüm də danışmışam Rüstəmlə. Ailəsinin bir hissəsi rahat yerdə idi, digər hissəsi Kiyevdəydi. Çox böyük narahatçılıq var idi. Müəyyən müddət sonra qaydasına düşdü. Gətirmək də o vaxtı problem idi. Klub tərəfindən onun yanındaydıq. Özü ilə də danışdıq. Stabilləşib, normal vəziyyətə gəlib. Hər bir halda heç kim üçün xoş vəziyyət deyil. Belə olduğu halda futbolçunu nə qədər motivasiya etsək də, fikri oradadı. İnşallah tezliklə müharibə bitər.

- Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov qayıtdı sıraya. Heyət seçimi genişdi. Problem olmayacaq?
- Təki belə poroblemlərim olsun, futbolçularım sağlam olsun. Məşq prosesi oyundan daha vacibdi. Futbolçu istədiyim məşq dinamikasında getmirsə, düşündüklərimi oyunda yerinə yetirə bilmərəm. Bugünə kimi inanmıram ki, elə futbolçu olsun ki, ilboyu 1-2 oyun oynasın. Hər oyunçuya şərait yaratmışıq ki, idman formasını saxlasın. Onların qayıdışına şadıq.

- “Neftçi”nin arıdıcıl qələbələri çempionatdakı rəqabətin artmasına gətirib çıxarır?
- Bütün komandalar bizə rəqibdi. Bu gün qalib gəlsək də, meydanda mübarizə getdi. Bundan əvvəl “Sabah”la oyunda da yaxşı rəqabət var idi. Azərbaycanlı olaraq, hər bir komandanın yaxşı oynamasına, yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son vaxtlarda 5-6 komandada hər məşqçinin öz düşüncəsi hiss olunur. Bir azərbaycanlı kimi buna sevinirəm. Amma məqsədim bütün komandalara qarşı eyni səviyyədə çıxmaq, komandamı ən yaxşı səviyyədə hazırlamaq və özümüzü düşünməkdi, nəinki rəqibləri.

- Rəşad Sadıqovla şəxsi münasibətiniz hamıya aydındı. İndi isə ona qarşı komandanı oyuna hazırladınız. Necə hazırlaşdırdınız komandanı? Çünki komanda ilk yarıda çox istəkli idi...
- İkinci yarı daha da istəkli idi komanda.

- Mətbuatda bir neçə futbolçu ilə danışıq apardığınız xəbərləri dolaşır. İndidən danışıq apardıqlarınız var?
- Mətbuatda bəzən xəbərlər çox yayılır. Bu dəqiqə hansısa klubun gələcək planlarını düşünmədiyini düşünmürəm. Bir qrup məşqçilərimiz var, onlar da öz işlərini görür, 2-3 gündən bir bizi məlumatlandırırlar. Bütün mövqelərə futbolçu axtarırıq. Elə mövqelər olur ki, düşünmədiyimiz zədələr baş verir. Çox mövqelər var ki, oyunçular təklif edirlər. 

- Tarek Zubirin gəlişi Abdulla Zubirin “Qarabağ”da uzun illər qalacağına mesajdı? Qardaşının bura gəlməsində onun rolu var idi?
​- Nə dərəcədə kömək olacaq bilmirəm. Psixoloji tərəfdən faydası var. Onun bura gəlməsində Abdullanın rolu var ya, yox deyə bilmərəm. Hər halda təklif edib, “Zaqatala” rəhbərliyi də qəbul edib. Beləcə, razılaşıblar. Futbolçularıma nə qədər yaxın adamları burada olsa, bizə sərfəlidi. Zubirlə 2,6 illik müqaviləmiz var. O, bizim mentalitetə, “Qarabağ”ın oyun stilinə uyğun biridi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right