Murad Musayev: "Rəqibə ciddi yanaşmışdıq"

Premyer Liqanın XX turunda keçirilən "Sabah" - "Səbail" oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

"Çətin oyun oldu. Nəzarət bizdə idi. İkinci hissədən razı qaldım. Qol vurmaqda problemlərimiz var. Buna baxmayaraq, qələbə qazana bildik".

- Rəqibə qarşı sanki qeyri-ciddi yanaşma var idi. Qol imkanları boşa verilirdi...
- Rəqibə qarşı ciddi yanaşmışdıq. Dediyinizlə razılaşmıram.

- Yusif İmanovun debütü nəylə bağlıdır, onunla bağlı planlarınız var?
- Məşqçilər korpusu ilə belə qərara gəldik ki, ona şans verək. O, bundan çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtəsi onun seyvi idi. Onu və gənc müdafiəçi Hiqor Qabrieli təbrik edirəm





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right