Aftandil Hacıyev: "Pis çıxış etmədik"

Premyer Liqanın XX turunda keçirilən "Sabah" - "Səbail" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev matç barədə fikirlərini bildirdi.

Newsport.az-ın məlumatına görə, o, 0:1 hesablı məğlubityyəti belə şərh etdi:

"Həqiqətən, maraqlı oyun alındı. Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin gücü bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. Fasilədən sonra daha çox hücuma çıxmağa çalışdıq. Ədilxanın 100 faizlik qol imkanı oyunun dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right