Millimizin heyəti müəyyənləşdi

Martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb. 

Newsport.az xəbər verir ki, bir həftə davam edəcək qitə birinciliyində ümumilikdə 23 güləşçimiz qüvvəsini sınayacaq. Macarıstanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) güləşəcək.

Martın 14-dən Budapeştdə təlim-məşq toplanışı keçən qadın güləşi üzrə millimiz cəmi 3 idmançıyla AÇ-də təmsil olunacaq. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) qitə birinciliyində mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə millimiz isə yarışın son günlərində çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, AÇ-də I-S kateqoriyalı hakimlərimiz - Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right