Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Sabah” doğma meydanda “Səbail”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Lider “Qarabağ” isə “Zirə”nin qonağı olub. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
19 mart (şənbə)
19:00.“Zirə” – “Qarabağ” - 0:3
Qollar: Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu
16:45. “Sabah” – “Səbail” - 1:0
Qol: Kristian Sebalyos, 61
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bank Respublika Arena"
18 mart (cümə)
19:37. “Neftçi” – “Qəbələ” - 4:0
17:00. “Keşlə” – “Sumqayıt” - 1:1
Bombardirlər
Davit Volkov ("Zirə") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 7 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol
İsnik Alimi ("Qəbələ") - 6 qol