“Trabzonspor”u məğlub edən tapıldı

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.

Lider “Trabzonspor” “Rizəspor”un qonağı olub. Trabzonlular bu görüşdə məğlubiyyətə üzülüblər. “Fatih Karagümrük” isə “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.

Turun mərkəzi matçında 3-cü pillədə qərarlaşan “Fənərbaxça” 2-ci pillədəki “Konyaspor”u qəbul edəcək.

Avropa Liqasında çıxışını başa vuran “Qalatasaray” “Qaziantep” səfərinə yollanacaq.

“Beşiktaş” – “Hatayspor” qarşılaşması da avrokuboklara vəsiqə baxımından maraq doğurur.

Türkiyə Super Liqası, 30-cu tur

18 mart

Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.

Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.

19 mart

14:30 Yeni Malatyaspor – Kasımpaşa
17:00 Göztəpə – Alanyaspor
17:00 Adana Dəmirspor – Başakşəhər
20:00 Beşiktaş – Hatayspor

20 mart

14:30 Sivasspor – Altay
14:30 Antalyaspor – Girəsunspor
17:00 Qaziantep – Qalatasaray
20:00 Fənərbaxça – Konyaspor

Bombardir: Ayub El Kaabi (Hatayspor) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right