Rəşad Sadıqov 19:37-də “Neftçi”ni bu şəkillə təbrik etdi

Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”nin yaranmasının 85 illiyi münasibəti ilə paylaşım edib.

Newsport.az-ın məlumatına görə, o, kapitanı olduğu “Neftçi”nin forması ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2005-ci ildə keçirilən “Anderlext”lə oyunundan (1:0) şəklini paylaşıb.

O, şəkillə yanaşı “Neftçi”-85″ sözlərini yazıb. Paylaşım vaxtı “Neftçi”nin yaranma ili ilə əlaqədar simvolik olaraq saat 19:37 seçilib.

Xatırladaq ki, Sadıqov futbolçu karyerası ərzində 2001-2002, 2003-2005 və 2006-2008-ci illərdə “Neftçi”də çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right