Sənan Qurbanov: “İtiriləsi heç nəyimiz yoxdur”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 1:1 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:

“Oyunun çətin olacağını başa düşürdük. “Sumqayıt” da qələbə qazanmaq istəyirdi. Bunun üçün də aqressivləşmişdi. İlk hissədə pis oynamadıq və qol vurduq. Amma ikinci yarıda öz səhvimizdən top buraxdıq. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq. Turnir cədvəlində istədiyimiz yerdə deyilik. Hər oyuna final matçı kimi çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Fasilədə oyunları analiz edib, səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right