"Vaxt lazımdır" - Aleksey Baqa

"Səfər meydanında rəqiblə qarşılaşmada hesabda geridə düşmək və sonradan hesabı bərabərləşdirmək çətin olur. Ötən dəfə "Neftçi" ilə də bu təkrarlanmışdı. Qol buraxdıqdan hesabı bərabərləşdirməyə çalışdıq. Belə olanda halda qələbəyə ümid etmək çətin olur". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 20-ci turunda "Keşlə" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis özünün "Sumqayıt"a gəlişindən sonra komandanın bir hissə yaxşı, bir hissə pis oynamasının səbəbi ilə bağlı bildirib: "Bu, psixologiyadan irəli gəlir. Futbolçuda özünəinam yoxdusa, bunu düzəltmək çətindir. Vaxt lazımdır. Məşqlərdə və oyunlarda gördüyümüz fərqlidir. Oyunda rəqib bizə nə qədər imkan verirsə, biz tamamilə başqa oyun görürük. Çünki bu futbolçular futbol oynamağı bacarırlar. Son matçlarda da bunu sübut etdilər. Ötən mövsüm komanda medal qazanmışdı, avrokuboklarda oynadı. Bu mövsümkü vəziyyətiməz məlumdur. Futbolçular da bunu görür, hərənin öz içində fikirlər yaranır. Bu fikirlər də özünəinamın yaranmasına gətirib çıxarır". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right