"Neftçi"dən yubiley günündə böyük hesablı qələbə Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Keşlə" "Sumqayıt"ı qəbul edib və bərabərə qalıb - 1:1. Günün digər oyununda isə bu gün yaranmasının 85 illiyini qeyd edən "Neftçi" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. 

18 mart (cümə)

19:37. “Neftçi” – “Qəbələ” - 4:0

 

Qollar: Eddi İsrafilov, 7, 90+5,  Mamadu Mbodj, 17, Gilyerme Pato, 81
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

17:00. “Keşlə” – “Sumqayıt” - 1:1

Qollar: Amil Yunanov, 45 (1:0), Franko Flores, 57-avtoqol (1:1)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASK Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right