Canni De Byazi jurnalistlərin qarşısına çıxacaq

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçiriləcək.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı məşqçinin mətbuat konfransı martın 22-də, saat 15:30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Saat 16:00-da isə millinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.

Azərbaycan millisi beynəlxalq yoxlama oyunları çərçivəsində martın 25-də Malta, 29-da isə Latviya yığması ilə qarşılaşacaq. Hər iki oyun Maltada, “National Stadium”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right