Azərbaycan yığmasının futbolçusu Ukraynada işləmiş məşqçi ilə çalışacaq

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliyanın "Tondela" klubunda baş məşqçi dəyişikiyi olub.

Newsport.az xəbər verir ki, klub ispaniyalı Pako Ayestaranla yollarını ayırdığını açıqlayıb.

Onu Ukraynanın "Şaxtyor" (Donetsk), Portuqaliyanın "Portu" və İtaliyanın "Roma" klubunda köməkçi məşqçi vəzifəsində çalışmış Nunu Kampuş əvəzləyib. 47 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Tondela" 26 oyundan sonra 21 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərə "Vulverhempton"una məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right