"Mahir hələ Kopiçin tələblərini tam yerinə yetirə bilmir"

Xorvatiyanın “Jutarnji List” nəşri Zaqreb “Dinamo”sunun bu mövsümkü oyunu barədə yazı hazırlayıb.

Newsport.az-ın xəbərinə görə, yazıda paytaxt təmsilçisinin ümumi problemlərinə toxunulub və qeyd edilib ki, baş məşqçi Jelko Kopiç bu məsələləri tezliklə həll etməlidir. “Əks halda mövsümün sonu çempionluq çətin olacaq” deyə yazıda qeyd edilir.

Yazıda “Dinamo”nun bir çox futbolçusu ilə yanaşı klubun azərbaycanlı yeni transferi Mahir Emrelinin oyunu da toxunulub. Müəllif xatırladır ki, o, komandaya yanvarda qoşulub: “Qışda lazımi hazırlıq keçmədiyindən ona komandaya uyğunlaşmaq üçün əlbəttə ki, müəyyən vaxt lazımdır.  O, 2-3 oyun meydanda olub və sonadək oynamayıb. Amma bugünədək göstərdiyi oyun “Dinamo”ya tələb olunandan azdır. Biz onun “Şibenik”ə qarşı matçda yalnız bir neçə hərəkətini görmüşük. Bu zaman  gücünü və sürətini göstərib. Görünür, Emreli hələ bütün xətlər boyu komanda üzvləri ilə anlaşa və Kopiçin tələblərini tam yerinə yetirə bilmir” – deyə yazıda qeyd edilir. 

Xatırladaq ki, “Dinamo” 26 oyundan 54 xalla Xorvatiya liqasında liderlik edir. Onun ən yaxın izləyicisi “Osiyek”in də 54 xalı var. Lakin Mahirin komandasının ehtiyatda 1 oyunu da var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right