"Qəbələ"nin zədəli futbolçularının durumu məlum oldu

“Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.

 

Newsport.az xəbər verir ki, “Qarabağ”la Premyer Liqanın XVIII turunun matçında zədələnən Omar Hani komandadan ayrı düşüb. Onun 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

 

Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası bərpa dövrü keçir. Zədədən sonra sıraya dönən Rüfət Əhmədov artıq heyətə qayıdıb. O, XIX turun “Zirə” ilə görüşündə ehtiyat oyunçular skamyasında olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right