Aleksandar Vukoviç: "Emreli barədə müsbət fikirdə idim, qərarına təəccübləndim"

"Mahir Emreli barədə xüsusi heç nə deyə bilmərəm".

Newsport.az xəbər verir ki, bunu Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında "Legia.net" saytına müsahibəsində deyib.

43 yaşlı mütəxəssis 24 yaşlı hücumçu ilə bir dəfə danışdığını bildirib: "Bu, o demək deyildi ki, yanvarda qayıtmayacaq. Çünki özünü klubda və komandada pis hiss edir. Bu qərardan təəccübləndim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var".

Vukoviç Emreli barədə çox müsbət fikirdə olduğunu və onu təriflədiyini söyləyib: "Bu söhbətlə də mənim tərəfdaşlığım başa çatdı. Lukinyasa jest kimi kapitanlıq verdim. Amma onu çağırmadım və dilə tutmadım. Necə reaksiya verdiyinə baxdım. Qərarım barədə məlumat verdim. Motivini bilərəm, tam dərindən düşündüm. Bu jestlə hansı dəyərlərə hörmət etdiyimizi, hansı insanlar barədə danışmaq istədiyimizi və hansılar barədə susmağın ən yaxşısı olduğunu göstərmək istədim. Lukinyas vacib oyunçu olub və belə də qalmaqdadır. O, hər zaman meydanda ürəyini qoyub, maksimumunu oynayıb, komandada və meydanda sadiqlik nümunəsi olub. İndi isə meydandan kənarda da bunu göstərdi. Bu oğlan bir çox anlamda nümunəvi legionerdir. Tam başqa cür də istifadə edə, vəziyyətdən yararlanmağa cəhd göstərə bilərdi. Əminəm ki, onu hərtərəfli dilə tutublar, çünki özü üçün xeyir böyük idi. Amma özü başqa cür hərəkət etdi. Bu, mənim dəyər verdiyim şəxsdir və komanda da bunu gözəl anlayır. Lakin komandanın liderləri dəyişmirlər. İstəyirik ki, komanda və klub olaraq, bunun loyallığını qəbul edək. Emreli və Lukinyasa zəng etməməyi düşündük. Gözlədim və baxdım ki, onlar necə hərəkət edəcəklər. Bu gün nəticələri görürük.

Baş məşqçi Lukinyasın qərara təəccübləndiyini sözlərinə əlavə edib: "Dedi ki, ya səhv başa düşüb, ya da tərcümə yanlışdır. Komandada Boruts və Yendjeyçik kimi nüfuzlu oyunçuların olduğu halda, o, belə bir funksiya barədə heç vaxt düşünmürdü. Cavab verdim ki, ona da hörmətlə yanaşırlar, biz komanda yaratmaq istəyirik. Sarğı isə onun komanda və kluba loyallığının qiymətləndirmə formasıdır. Buradan bir neçə kilometr uzaqda doğulmuş və burada iki ildən çox oynamış futbolçu özünü uşaq kimi aparırdı. Məsələ təkcə onun dil bilməməyində deyil. Bu gün biz müxtəlif nağıllar söyləyə bilər. Amma hər kəsin kimin kim olduğuna dair mülahizə yürütdüyü bir məsələ var. Lukinyas və Emrelinin nümunəsində bunu yoxlamaq olar. Biz Lukinyasın polyakca bilmədiyi halda nə etdiyini daha çox qiymətləndiririk. Bu, komanda üçün yaxşı ruh deməkdir. Onun futbol savadı əla səviyyədədir. Bir parol və ya video-brifinq kifayətdir ki, ondan nə tələb etdiyimi görsün. Bu, söz yox, əməldir. O, bizim tələbatlı oyunçularımızdandır. Qərarı qəbul edəndə bütün komanda ilə məsləhətləşdim, səbəbini, öz motivasiyamı izah etdim. Anlayışla qarşıladılar"

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right