Polşalı baş məşqçi: "Krivotsyuk Azərbaycanda təzyiqə öyrəşməmişdi"

"O, böyük potensiala malik gənc futbolçudur".

Newsport.az xəbər verir ki, bunu Polşanın "Visla" (Plotsk) komandasının baş məşqçisi Matsey Bartoşek Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk haqqında "Weszlo" nəşrinə müsahibəsində deyib.

45 yaşlı mütəxəssis oyunçunun müdafiənin müxtəlif mövqelərində çıxış edə bildiyini söyləyib: "Krivotsyuk ikili və üçlü müdafiədə oynaya bilir. O, klassik sol cinah müdafiəçisi qismində oynamağa daha az meyillidir. Onun hələ 23 yaşı var və meydandakı xarakteri istəyimə uyğundur. Çalışqan, amansızdır, hücumçu ilə təmasda oynamağı xoşlayır. Onun taktika və oyun qurmaq baxımından müəyyən çatışmazlıqları var idi. Amma Antonun problemi tam başqa idi. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bildik".

Bartoşek məşqçilər heyətinin və idman direktoru Pavel Maqdonun də Krivotsyukla çoxlu söhbətlər etdiyini vurğulayıb: "Söhbət zehni münasibətdən gedirdi. Yadda saxlamaq lazımdır ki, o, yalnız 3 komandanın rəqabətinin getdiyi liqadan gəlib. Orada futbolçular "Neftçi", "Qarabağ" və "Qəbələ" komandaları arasındakı matçlarda çətinlik çəkirlər. Azərbaycan Premyer Liqasında yekun nəticəni bu komandalar arasındakı duellər həll edir. Digər klublarla görüşlər çox da gərgin keçmir. Buna görə Anton təzyiqə öyrəşməmişdi. Azərbaycandan olan futbolçularda oyunun psixoloji tərəfi ilə bağlı problemləri olacağını düşünməmişdim. Mən buna təəccübləndim. Orada bir dövrənin maksimum 2-3 oyununda səfərbər olurlar. Halbuki hər həftə belə etməlisən. Visla" Krivotsyukun ilk xarici klubudur. O, bütün mühit və mədəniyyətini dəyişdi. Anton oynamayanda əsəbiləşir, narazı görünürdü. Amma bir dəfə oynayıb, səhvə yol verəndə, çox iş görmürdü. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Bəzən başqa ölkələrdən gələn futbolçularda belə olur".

Qeyd edək ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right