"Mən "Neftçi"yə 2,2 milyon manat xeyir vermişəm"

"Hər keçən gün göstərir ki, mən bu kluba nə qədər fayda vermişəm".

Newsport.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, 2020-ci ilin yayında paytaxt klubuna gətirdiyi Sabir Buqrinin «Esperans»a satılmasına münasibət bildirib.

"Ağ-qaralar"ın mərakeşli yarımmüdafiəçinin Tunis təmsilçisinə keçidindən böyük məbləğdə pul qazandığını söyləyən eks funksioner onun vaxtında aparılan uğurlu transfer siyasətinə diqqət çəkib: "Yığdığımız komanda ötən mövsüm çempion oldu. Gətirdiyimiz futbolçular uzun illərdən sonra gələn bu çempionluqda mühüm pay sahibidir. Heç kim bunu dana bilməz. Həmin legionerlərin artıq bir neçəsi satılıb. Mamadu Kane ilə Sabir Buqrini xüsusi qeyd edərdim.

"Neftçi" mənim gətirdiyim futbolçuların satışından ümumilikdə 2,2 milyon manat pul qazanıb. Kane burada 5000 dollar, Buqrin 7000 dollar maaş alırdı.

Amma onların satışından klubun büdcəsinə dəfələrlə çox pul daxil oldu. Bu gün Yusuf Lavalı transfer bazarına çıxarsalar, ona da böyük məbləğdə pul verənlər olacaq.

Mən "Neftçi"də vicdanla və ləyaqətlə çalışmışam. Bütün varlığımla və təcrübəmlə kluba xidmət etmişəm, aldığım əməkhaqqının qarşılığını qat-qat artıq vermişəm. Sözün həqiqi mənasında "Neftçi" mənim üçün idarəçilik pik nöqtəsi – universitet olub".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah