"Uğurlu çıxış etmək istəyirik ki, yenidən yüksək pillələrə qayıdaq"

"Neftçi"nin müdafiəçisi Mert Çelik Antalya toplanışı zamanı "Visla"(Plotsk) klubuna qarşı keçirdikləri görüşü dəyərləndirib.

Newsport.az xəbər verir ki, “ağ-qaralar”ın futbolçusu 1:1 hesabı ilə başa çatan oyun barədə bunları deyib:

"Toplanış yükləmələrlə gedir ki, bu da yaxşıdı. Bu cür toplanışdan sonra çempionatda uğurlu çıxış etmək istəyirik. Ki, yenidən yüksək pillələrə qayıdaq.

“Visla”ya qarşı matç yaxşı alındı. Qalib gəlmək istəyirdik, amma təəssüflər olsun ki, sonda qol buraxdıq. Bizi daha bir oyun gözləyir. Daha sonra isə Bakıya qayıdacağıq.

Oyun zamanı baş verən gərginlik? Qalib gəlmək istəyəndə bu cür hadisələr baş verir. Hadisələr meydanda qalır. Ümidvaram ki, bu cür hadisələr təkrarlanmayacaq. "Neftçi”yə gələndən bu yana ilk dəfə sağ cinah müdafiəçisi kimi oynadım. Çətindi. Çox öyrənmək lazımdı. Aydın məsələdir ki, bunun üçün həmin mövqedə daha çox oynamaq lazımdı. Ümidvaram ki, özümü yaxşı tərəfdən göstərərəm”. (Neftçi TV).





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah