"Neftçi" "Qurnik"lə qarşılaşacaq

“Neftçi”nin Antalyada təlim-məşq toplanışında sonuncu yoxlama görüşü üçün rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu Polşanın “Qurnik” klubu ilə qarşılaşacaq. Bu barədə Leçna təmsilçisinin idman direktoru Veljko Nikitoviç Polşa mətbuatına açıqlamasında məlumat verib.

​O bildirib ki, yanvarın 24-də “Neftçi” ilə üz-üzə gələcəklər: “Yanvarın 24-də qarşılaşacağımız ikinci sparrinqin təsdiqini almışıq. Rəqib Azərbaycanın digər təmsilçisi “Neftçi” olacaq. Futbola marağı olan insanlar bilirlər ki, onlar çox yaxşı komandadır”.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right