“Neftçi”nin görüşündə gərgin anlar

“Neftçi”nin yoxlama görüşündə Plots “Visla”sı ilə qarşılaşmasında (1:1) gərgin anlar yaşanıb.

Newsport.az-ın məlumatına görə, Antalyadakı görüşdə əvvəlcə Mert Çelik, ardından isə Eddi İsrafilov polşalı futbolçu ilə sərt mübahisəyə girişib.

Xüsusən də, 77-ci dəqiqədə İsrafilovun “baş rolda oynadığı” epizod diqqətçəkən olub. Rəqibin yarımmüdafiəçisi Rafal Volskinin kobud müdaxiləsindən sonra ayağa qalxaraq onun üzərinə şığıyan “Neftçi”nin yeni transferi sinəsi ilə qarşılıq verib. Cütlük arasında yaranan münaqişəyə digər oyunçular da qoşulub.

Hətta “Visla”nın bir neçə oyunçusu Eddini vurmağa da cəhd edib. Vəziyyətin böyüməsindən narahatlıq keçirən klub rəsmiləri və texniki zonadakı oyunçular da meydana daxil olaraq aranı sakitləşdiriblər. Görüşü idarə edən hakim isə hər iki futbolçuya sarı vərəqə göstərib. (Apasport.az)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah