“Zirə”dən Polşa klubu ilə məhsuldar heç-heçə Yenilənib

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Polşanın “Qurnik” komandası ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Zirəlilərin heyətində Təmkin Xəlilzadə və İlkin Muradov fərqlənib.

“Zirə” ilk sınaq oyununda Macarıstan klubu “Zeç”ə 3:5 hesabı ilə uduzub. Bakılılar son yoxlama görüşünü yanvarın 24-də “Breqalniça”ya (Şimali Makedoniya) qarşı keçirəcək.

Yoxlama oyunu

20 yanvar

Zirə – Qurnik (Leçna, Polşa) 2:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right