"Sumqayıt" - "Səbail" matçında 4 qol

I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt-2" bu gün ilk yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, komanda "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Səbail-2" ilə üz-üzə gəlib. Oyundan öncə 20 yanvar şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Sumqayıt-2"-nin qollarını Sənan Ağayev və Samir İbrahimov vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah