"Sabah" belaruslu qapıçı transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, belaruslu qapıçı Aleksandr Neçayev bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı qolkiperlə müqavilə müddəti 1,5 ildir.

Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah