Milli komandamızın üzvü Belçika klubuna keçir?

"Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir".

Newsport.az fanat.az-a istinadən xəbər verir ki, bunu Polşanın "Visla" (Plotsk) klubunun futbolçusu Anton Krivotsyuk Türkiyənin Antalya şəhərində "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında deyib.

Azərbaycan millisinin müdafiəçisi oyunun çətin alındığını vurğulayıb: "Neftçi"də toplanışın intensivliyi aşağıya doğru gedir. Biz isə bura dünən gəlmişik və iki ağır məşqimiz olub. Rəqibin bizdən daha yaxşı olduğu meydanda da görünürdü".

O, Belçika klublarının maraq dairəsinə düşməsindən xəbərsiz olduğunu bildirib: "Məndə bu cür məlumat yoxdur. İlk dəfədir eşidirəm".

24 yaşlı oyunçu Polşa "Legiya"sından ayrılmaq istəyən Mahir Emrelinin durumu haqqında isə danışmaq istəməyib: "Mahirin özünə sual versəniz, daha yaxşı olar".

Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right