Kane Millətlər kubokundan sonra "Neftçi"yə qayıtmayacaq

"Neftçi"də icarə əsasında çıxış edən Mamadu Kane Afrika Millətlər Kubokundakı çıxışından sonra böyük ehtimalla "Olimpiakos"a qayıdacaq.

Newsport.az-ın məlumatına görə, Pirey təmsilçisi icarə müddətinin başa çatmasını gözləməyəcək və 25 yaşlı futbolçunu vaxtından əvvəl düşərgəsinə dəvət edəcək.

Amma "Olimpiakos" onu dərhal Yunanıstanın başqa kluba icarəyə verəcək. Ki, futbolçu Pirey klubunun məşqçilər korpusunun gözü önündə olsun.

Onun xidmətində Superliqada çıxış edən 2 klub maraqlıdı.

Xatırladaq ki, "Olimpiakos" 300 min avro qarşılığında yayda "Neftçi"dən onu transfer edib, dərhal da onu Bakı klubuna icarəyə vermişdi. (Sportdog)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right