Millimizin potensial rəqibi uduzdu

Millimizin UEFA Millətlər Liqasındakı potensial rəqibi olan Moldova yığması yoldaşlıq oyunu keçirib.

Newsport.az xəbər verir ki, Sergey Kleşenkonun baş məşqçi olduğu komanda Uqanda ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Moldova millisinin şərəfini qoruyan "Keşlə"nin qapıçısı Stanislav Namaşko bu oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.

Qeyd edək ki, Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right