Qış fasiləsində yoxlama oyunları keçirəcək “Kəpəz”in ilk iki rəqibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, sözügedən komanda yanvarın 22-də “Turan Tovuz” ilə qarşılaşacaq.
Matç Gəncədə keçiriləcək və saat 14:00-da başlayacaq.
“Sarı-göylər” digər yoxlama görüşündə isə Bakıda “Səbail-2” ilə oynayacaq. Bu qarşılaşma yanvarın 28-nə təyin olunub.