“Qarabağ” FK Leandro Andrade ilə müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Andrade komandada 15 nömrəli formada çıxış edəcək.