"Neftçi" azarkeşlərinə, "Səbail" gecikdiyinə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

 

Newsport.az xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

 

“Neftçi” – “Səbail” oyununun 52-ci dəqiqəsində “Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub. 

 

“Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunub.

 

“Sabah” – “Keşlə” oyununda “Keşlə”nin 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

 

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 

 

“Sumqayıt” – “Zirə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah