Futbolda az rast gəlinən hadisə

Ziraat Türkiyə kubokunda "Hatayspor" - "Eyüpspor" matçında  futbol tarixində az rast gəlinən hadisə yaşanıb. 

Newsport.az "Hürriyət"ə istinadən xəbər verir ki, qonaq komandanın hər iki qapıçısı qırmızı vərəqə aldığı görüşdə hücumçu Mame Diuf iki dəfə qapını qoruyub. "Hatayspor"un əsas qapıçısı Abdullah Yigiter 90+4-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Komanda əsas vaxtda 5 əvəzetmə hüququnun hamısından istifadə etdiyi üçün hücumçu Mame Diuf qapını qoruyub.

Əlavə vaxtda ehtiyat dəyişiklik hüququndan istifadə edən "Hatayspor" ikinci qapıçı Yavuz Buğra Boyarı oyuna daxil edib. Ancaq  o da  120+1-ci dəqiqədə  qırmızı vərəqə alıb və yenidən Mame Diuf əlcək geyinib. 

Maraqlıdır ki, penaltilər seriyasında ilk zərbəni məhz M.Diuf yerinə yetirib və dəqiq olub. Daha sonra o, yenidən qapnı qoruyub. Yekunda “Hatayspor” penaltilər seriyasında 6:5 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right